Meriya Müsavata “hə” dedi - FOTO
Bizi izləyin

Nida.az

Meriya Müsavata “hə” dedi - FOTO

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının dekabrın 14-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə müsbət cavab verib.


BŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov Publika.az-a açıqlamasında Müsavatın mitinqlə bağlı müraciətinin araşdırıldığını və razılıq verildiyini bildirib.


“Mitinqin Yasamal rayonu, “Məhsul” stadionunda saat 15:00-dan 17:00-a qədər keçirilməsi məqsədəuyğun hesab edilib”, - deyə meriya rəsmisi qeyd edib.


Müsavat başqanının müavini Gülağa Aslanlı Publika.az-a açıqlamasında meriyanın rəsmi cavabından xəbərlərinin olduğunu bildirib: “Hazırda mitinq komitəsinin səlahiyyətli nümayəndəsi rəsmi cavabı götürmək üçün meriyaya gedib”.


Mitinqin təşkilatçılarından olan Müsavatın təşkilat departamentinin rəhbəri Razim Əmiraslanlı BŞİH-dən rəsmi cavabı götürdüyünü bildirib.


Qeyd edək ki, Müsavat partiyası 10 dekabr - Beynəlxalq İnsan Haqları günü ilə bağlı dekabrın 14-nə mitinq təyin edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm