• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Asiyanın siyasi partiyaları Bakıya toplaşır

  • Nida.az
  • 8 İyun 2012 18:53
  • 138 Baxış
Asiyanın siyasi partiyaları Bakıya toplaşır

İyunun 22-24-də Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin XVII iclası keçiriləcək.

Bu barədə Publika.Az-a Yeni Azərbaycan Partiyası (YAP) Xarici Əlaqələr Şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev məlumat verib. O bildirib ki, iclasda Asiya ölkələrində fəaliyyət göstərən 18 siyasi partiyanın nümayəndələri iştirak edəcək:

"Tədbirdə Çin Kommunist Partiyasını, Yaponiya Liberal Partiyasını, Vyetnam Kommunist Partiyasını, Qazaxıstanın hakim "Nur Otan" Partiyasını, Kambocadan hakim partiyanı, Cənubi Koreyadan, Flippindən və başqa ölkələrdən əməkdaşlıq etdiyimiz siyasi partiyaları təmsil edən böyük nümayəndə heyətlərinin iştirakı gözlənilir. Daimi Komitənin iclasında Flippin qanunverici orqanının 5 dəfə sədri seçilmiş tanınmış siyasətçi Xose de Venisiyanın da iştirakı gözlənilir”.

Asəf Hacıyev bildirib ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransına Asiya ölkələrində fəaliyyət göstərən 330-dan artıq siyasi partiya daxildir. Təşkilatın idarəedici qurumu olan daimi komitəyə iki həmsədr və 18 aparıcı siyasi partiyanın nümayəndələri daxildir. YAP daimi komitənin üzvü olan 18 siyasi partiyadan biridir.

YAP-ın şöbə müdiri onu da bildirib ki, bu ilin noyabr ayının sonunda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Baş Assambleyasının VII iclası Bakıda keçiriləcək. Onun sözlərinə görə, bu tədbirdə 400-450 nəfər nümayəndənin iştirakı gözlənilir.

Asəf Hacıyev YAP-ın həm Avropa, həm də Asiya qitəsinin siyasi partiyaları ilə çox geniş əlaqələr qurduğunu da vurğulayıb.

Səxavət

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR