Nida.az
Mədət Quliyev: “Leyla Yunus özünü içəridə də tərbiyəsiz aparır”
Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, general-leytenant Mədət Quliyev Leyla Yunusun istintaq təcridxanasında vəziyyətinin pis olması barədə yayılan iddialara münasibət bildirib.
Publika.az-ın məlumatına görə, M.Quliyev jurnalistlərə açıqlamasında deyib ki, hazırda Leyla Yunus istintaq təcridxanasında saxlanılır.
Onun sözlərinə görə, bəzi mətbuat orqanlarında həqiqətə uyğun olmayan gülünc iddialar irəli sürülür ki, guya ona yemək və dərman verilmir: “Bu, həqiqətə uyğun olmayan məsələdir, heç bir azərbaycanlıya yaraşmaz. Leyla Yunus təqsirləndirilən digər şəxslərlə bir yerdə saxlanılır. Ona heç bir təzyiq olmayıb və ola da bilməz. Ötən gün Səhiyyə Nazirliyindən gələn həkimlər də onu ziyarət ediblər. Həkimlər müxtəlif qurumların QHT-lərinin nümayəndələri ilə bir yerdə ona baş çəkməyə getmişdilər. Həkimlər də baxıb ki, heç bir xəstəliyi yoxdur. Sadəcə, o, içəridə də özünü tərbiyəsiz aparırdı. Həkimlərə də ağır sözlər deyib, təhqir edib. Bu, onun yaşayış üsuludur”.
Xədicə İsmayılovanın da saxlanma şəraitindən danışan M.Quliyev deyib ki, o, törətdiyi konkret əməlinə görə saxlanılıb: “Digərləri kimi, ona da münasibət eynidir. Heç bir təzyiq yoxdur”.
Vasif Həsənli
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?