• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Beşlik“ yaxın günlərdə toplanacaq

  • Nida.az
  • 6 İyun 2012 17:47
  • 149 Baxış
“Beşlik“ yaxın günlərdə toplanacaq

Müsavat, Xalq Cəbhəsi, Milli İstiqlal, Klassik Xalq Cəbhəsi və Demokrat partiyalarından ibarət "beşlik" 3-cü toplantıya hazırlaşır.

Publika.Az-a bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə məlumat verib.

Arzuxan Əlizadə bildirib ki, mayın 30-da keçirilməsi nəzərdə tutulan görüş Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının anasının vəfat etməsi səbəbindən təxirə salınıb: "Beş partiya sədrlərinin görüşü və müzakirələr yaxın günlərdə baş tutacaq".

Müzakirələrin davamı olaraq hansısa birlik formatının yaradılmasına gəlincə, AMİP funksioneri bildirib ki, hədəf elə budur:

"Prezident seçkiləri öncəsi müxalifətin əsas aparıcı müxalifət partiyaları vahid mövqedən çıxış etməsi əsas məqsəddir. Bu istiqamətdə fəaliyyət davam etdirilməlidir. Ümid edirik ki, ən azından bu beş partiya öz fəaliyyətini birgə koordinasiya etmək istiqamətində real adımlar atacaqlar.

Formata digər partiyaların qoşulması da mümkündür. Birgə fəaliyyətlə bağlı konkret sənədlərin qəbulu da istisna deyil".

Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, AMİP sədri Yusif Bağırzadə, KXCP sədri Mirmahmud Mirəlioğlu arasında ilk görüş bu il aprel ayının 15-də keçirilib. İkinci görüş isə keçən ayın ortalarında baş tutub.

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR