İhsanoğlu: “Azərbaycan islam dünyasının ən parlaq ulduzudur“
Bizi izləyin

Nida.az

İhsanoğlu: “Azərbaycan islam dünyasının ən parlaq ulduzudur“

"Azərbaycan islam dünyasının ən parlaq ulduzudur. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu ölkənin problemlərinə hər zaman həssaslıqla yanaşıb, Azərbaycana edilən təcavüzə, zorakılığa qarşı qətiyyətlə çıxış edib. Bu siyasət bundan sonra da davam edəcək”.

Publika.Az-ın məlumatına görə, bu sözləri İƏT-in Azərbaycanda səfərdə olan baş katibi Ekmeleddin İhsanoğlu iyunun 4-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə söyləyib.

Oqtay Əsədov deyib ki, İƏT ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin ən üstün istiqamətidir:

"Biz bilirik ki, İƏT Azərbaycanın haqq səsini daim dəstəkləyir. Milli Məclis əlaqələrin möhkəmlənməsinə çalışır və İƏT-in qəbul etdiyi qərar və qətnamələri dəstəkləyir".

Azərbaycana səfərindən məmnun qaldığını vurğulayan İhsanoğlu deyib ki, Azərbaycan ilə İƏT arasında əlaqələrin inkişafı, onun islam dünyasında daha çox tanınmasında mühüm rol oynayır:

"İƏT Azərbaycanın haqq işini bundan sonra da dəstəkləyəcək, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həssaslıqla yanaşacaq".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm