Analitik: “AB-nin Xankəndinə birbaşa səfərlər təşkil etməsi təhlükəli deyil, bir şərtlə...“
Bizi izləyin

Nida.az

Analitik: “AB-nin Xankəndinə birbaşa səfərlər təşkil etməsi təhlükəli deyil, bir şərtlə...“

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Publika.Az-a verdiyi açıqlamada Avropa Birliyinin birbaşa Dağlıq Qarabağa səfər etmək istəyini bu şəkildə dəyərləndirib:

"Avropa Birliyi və ya Avropa Parlamenti nümayəndə heyətlərinin Dağlıq Qarabağ mümkün səfərlərində təhlükəli heç nə görmürəm. Bir şərtlə ki, bu səfərlər rəsmi Bakı ilə razılaşdırılmalıdır. Səfərlərin Bakı və ya İrəvan üzərindən düzənlənməsi də prinsipial məsələ deyil. Ona qalsa, Minsk Qrupu Xankəndinə həm Bakı, həm İrəvan üzərindən gedir".

Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması vacibliyini dilə gətirən Elxan Şahinoğlu həm Azərbaycan, həm də Ermənistanın qurumun Şərq Təfədaşlıq Proqramının üzv olmasının prosesə müsbət təsiri ola biləcəyini vurğulayıb:

"Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu Bakıda verdiyi açıqlamada "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" ifadəsini işlətmişdi. Bununla Brüssel birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini nümayiş etdirib.

Bundan öncə isə Avropa Parlamenti ərazi bütövlüyümüzə dair konkret sənəd ortaya qoymuşdu.

Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton münaqişənin həllinin uzanmasından narahat olduğunu bir neçə dəfə dilə gətirib. O hətta Avropa Birliyinin də hansısa şəkildə Minsk Qrupuna qatıla biləcəyinə işarə edib.

Məsələn, xanım Eşton deyib ki, Avropa Birliyi ATƏT-in Minsk qrupuna daha dolğun dəstək vermək üçün fəal və yardımçı rol oynaya bilər. Bir sözlə, Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığından çəkinmək lazım deyil, əksinə bu bizim xeyriməzidir.

Əsas məqsədimiz danışıqları Moskvanın inhisarından çıxartmaqdır. Bu məqsədə çatmaqda və danışıqlar prosesinin sürətləndirməsində Brüsselin imkanlarından yararlanmalıyıq".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm