Azərbaycanın millət vəkili sabiq prezidentlə görüşüb
Bizi izləyin

Nida.az

Azərbaycanın millət vəkili sabiq prezidentlə görüşüb

Publika.Az-ın məlumatına görə, görüş zamanı Qənirə Paşayeva Azərbaycanın hər zaman dost, qardaş Qırğızıstanın inkişafında, sabitliyində maraqlı olduğunu bildirməklə bərabər, ölkəmizin bütün istiqamətlərdə Qırğızıstanla əməkdaşlığın inkişafına önəm verdiyini deyib.


Qırğızıstan prezidenti Almazbek Atambayevin yüksək səviyyədə keçən Azərbaycan səfərinə toxunan millət vəkili, bu səfərdən sonra Azərbaycanla Qırğızıstan arasında bütün sahələrdə əməkdaşlığın genişlənəcəyinə inandığını bildirib. Azərbaycan prezidentinin, parlamentinin qardaş Qırğızıstanla əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəm verdiyindən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib.

Azərbaycan və Qırğızıstanın həm də TÜRK PA-nın üzvləri olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva Daglıq Qarabağ münaqışəsi ətrafında son vəziyyətdən də danışıb.

Qırğızıstanın Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən Roza Otunbayeva, iki qardaş ölkə arasında münasibətlərin getdikcə daha da surətlə inkişaf edəcəyinə inandığını vurğulayıb.

İki ölkənin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət təşkilatları, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyinə də toxunan Roza Otunbayeva, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunu deyib və qardaş ölkələr arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da surətlənəcəyinə inandığını bildirib.

Gülnar
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm