Elman Abdullayev: “Bu fakt erməni tərəfinin təxribatı dayandırmadığına sübutdur“
Bizi izləyin

Nida.az

Elman Abdullayev: “Bu fakt erməni tərəfinin təxribatı dayandırmadığına sübutdur“

"Azərbaycan diplomatiyası rəsmi Yerevanın təxribatlarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə mənfi təsir göstərməsinə yol verməyəcək".

Publika.Az-ın məlumatına görə, bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

Elman Abdullayev bildirib ki, Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin təşkilatın baş katibi və Təhlükəsizlik Şurasının üzvlərinə "Dağlıq Qarabağ Xarici İşlər Nazirliyinin" münaqişənin tarixi haqqında yalan məlumatlar əks olunan bəyanat təqdim etməsi təxribatdır.

Onun sözlərinə görə, bu fakt erməni tərəfinin təxribat xarakterli hərəkətləri dayandırmadığına və status-kvonun saxlanılmasında maraqlı olduğuna əyani sübutdur:

"Bu, Ermənistanın növbəti destruktiv addımıdır və bu ölkə bununla da Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu Azərbaycanın işğal olunmuş əraziləri hesab edən dünya ictimaiyyəti, o cümlədən BMT-ni çaşdırmağa çalışır. Lakin Ermənistan özü də yaxşı bilir ki, dünya Azərbaycanın ərazi bütövlüyünü və məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüquqlarını dəstəkləyir".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm