Nida.az
Partiya sədri: “Hakimiyyətlə məsafəsi bizim qədər olan qüvvələrə qapımız açıq olacaq“
Publika.Az-a bu barədə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib.
O, bildirib ki, sözügedən partiyalar arasında əməkdaşlıqla bağlı
təklifin müəllifi Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov
hazırda Türkiyədədir. Əli Əliyev söyləyib ki, dünən o, Yaşıllar
Partiyasının sədri Mais Güləliyev ilə birlikdə əməkdaşlıq
məsələsini Etimad İsmayılovla internet üzərindən müzakirə edib.
Təklifin arxasında duran konkret məqsədlər barədə geniş məlumat
əldə etmək istədiklərini deyən VİP sədri hesab edir ki, bu, kifayət
qədər ciddi öyrənilməsi vacib olan məsələdir: “Təkliflə bağlı
daxili müzakirələr keçirilib və bundan sonra da keçiriləcək. Ədalət
Partiyasının sədri İlyas İsmayılovla da ciddi təmaslarımız olub.
Təklif kifayət qədər ciddidir, uzunmüddətli təklif kimi nəzərdə
tutulur. Çalışırıq ki, münasibətlər uzunmüddətli olsun”.
Əli Əliyev bildirib ki, əməkdaşlığın formatı hazırda müzakirə
mövzusu deyil: “Biz əsasən, niyyətləri, məqsədləri, görüləcək
işlərin xarakterini müzakirə edirik”.
Müxalifət partiyalarının yaratdığı bir çox birliyin taleyini VİP,
Ədalət və Yaşıllar partiyalarının da yaşama ehtimalına gəlincə, Əli
Əliyev bildirib ki, əməkdaşlıq etdiyi tərəflərə həmişə ehtiyatla
yanaşır.
VİP sədri qeyd edib ki, müəyyən tələblərə cavab verən qüvvələr üçün
yaradılacaq birliyin qapısı açıq olacaq: “Hakimiyyətlə məsafəsi
bizim qədər olan, mübarizə vasitələri bizimkilərlə üst-üstə düşən
qüvvələr üçün bizim qapımız açıq olacaq”.
Ömər Əmirov
Publika.Az
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK