Anons: "Maydan Müsavatı yeni başqanla görəcəksiniz”
Bizi izləyin

Nida.az

Anons: "Maydan Müsavatı yeni başqanla görəcəksiniz”

“Bu qurultaydan sonra Müsavat Partiyasını yeni başqanı ilə görəcəksiniz”.Bu barədə Müsavat başqanının müşaviri Səxavət Əlisoy Publika.Az –a açıqlamasında Müsavatın qurultayının vaxtının məlum olmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qurultay 2010-cu ildə keçirilməli idi, lakin yerin verilməməsi üzündən bu vaxta qədər yubanıb: “Bu, böyük bir xətadır, amma partiyanın xətası deyil. Burda əsas məsələ qurultayın keçirilməsidir. Eyni zamanda növbəti qurultayda güman ki, İsa bəyin özünün təklifi ilı 2006-cı ildə nizamnaməyə salınmış müddəaya əsasən yeni başqan seçiləcək”.

Müşavir qeyd edib ki, İ. Qəmbərin başqanlıqdan getməsini istəməyənlər var. Onun sözlərinə görə, bunun tərəfdarları hesab edirlər ki, İ. Qəmbər gedərsə Müsavatda qopmalar qaçılmaz olacaq: “Düzdür, bu məsələ Divanda müzakirə olunmayıb, lakin koridorlarda söhbətlər olub. Bu barədə məlumatlıyıq. Buna görə də onlar qurultayda nizamnaməyə yenidən dəyişiklik etmək istəyirlər. Amma bütün hallarda İsa bəy özü növbəti qurultayda Müsavat Partiyasının başqanı olmayacağını bəyan edib. Onu tanıyan insan kimi deyə bilərəm ki, İsa Qəmbər sözündə qəti və israrlıdır”. Bu baxımdan, S. Əlisoy qurultayda başqan dəyişikliyi olacağını hesab edir.
“May ayından sonra Müsavatda yeni başqan olacaq”-deyə o qeyd edib.

Qeyd edək ki, Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə qurultayla bağlı müraciət edib. Müraciətdə qurultayın 2014-cü ilin 24 may tarixində keçiriləcəyi bildirilir.Müsavat Partiyasının nizamnaməsinə edilmiş dəyişikliyə görə, başqan iki dəfən artıq seçilə bilməz. Nizamnaməyə görə, İsa Qəmbər qurultaydan sonra Müsavata başqanlıq etməməlidir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm