BAXCP Prezidentin fərmanına qiymət verdi
Bizi izləyin

Nida.az

BAXCP Prezidentin fərmanına qiymət verdi

Azərbaycanda bundan sonra daşınmaz əmlakla bağlı sənədlərin verilməsi səlahiyyətləri “ASAN xidmət”də olacaq. Bu barədə prezident İlham Əliyevin imzaladığı fərmanda deyilir

Azərbaycanda bundan sonra daşınmaz əmlakla bağlı sənədlərin verilməsi səlahiyyətləri “ASAN xidmət”də olacaq. Bu barədə prezident İlham Əliyevin imzaladığı fərmanda deyilir. Sənədə əsasən, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi səlahiyyəti “ASAN xidmət”in göstərdiyi xidmətlərə aid edilir.

BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Publika.Az -a açıqlamasında bu addımı yüksək dəyərləndirib.“20 ilə yaxındır ki, aktiv siyasətlə məşğul oluram. Həm də 14 ildir ki, bələdiyyə üzvüyəm və bələdiyyədə yüksən vəzifələr daşımışam. Bu gün ev sənədlərinin “ASAN xidmət”ə verilməsi səlahiyyətini çox yüksən addım kimi xarakterizə edirəm! Həqiqətən də, “ASAN xidmət” Azərbaycanın son illərdə qazandığı ən böyük uğurlarından biridir. Ən çox da kasıb təbəqənin birbaşa maraqlarına xidmət edir. Prezidentin bu sərəncamını yüksək addımı kimi dəyərləndirirəm”-deyə BAXCP rəsmisi qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm