Nida.az
Əli Həsənov: "Siyasi opponentlərimizlə dialoqa həmişə açıq olmuşuq, olacağıq da"
“Azərbaycan hakimiyyəti həmişə dialoqa hazır olub və dialoq əhvali-ruhiyyəsi ilə fəaliyyət göstərib”.
Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün bir qrup müxalifət partiyasının rəhbərləri ilə keçirilən görüşdə bildirib.
O qeyd edib: “Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Azərbaycanı təkcə iqtisadi rifah, iqtisadi islahatlar, iqtisadi yüksəlişlə təsəvvür etmirik, eyni zamanda, ölkədə həyata keçirilən siyasi islahatlar davamlı xarakter daşımalı, dövlət idarəçilik sistemi, siyasi sistem daim təkmilləşdirilməlidir. Modernləşmə siyasəti təkcə sosial-iqtisadi sahəni əhatə etmir, həm də dünyada təcrübədən keçmiş, özünü doğrultmuş siyasi islahatların sistem şəklində reallaşdırılmasını ehtiva edir: “Biz hesab edirik ki, Azərbaycan cəmiyyətinin inkişafı, daxili idarəçilik sisteminin təkmilləşdirilməsi söz və məlumat azadlığı, vətəndaş cəmiyyəti institutlarının iştirakı təmin edilmədən, siyasi partiyaların opponentlik fəaliyyəti olmadan qeyri-mümkündür”.
PA rəsmisi deyib ki, ona görə də Azərbaycan hökumətinin media, qeyri-hökumət təşkilatları və siyasi partiyalarla görüşləri davamlı xarakter daşıyır: “Bu gün də keçirilən görüş məhz Azərbaycanın bir qrup müxalifət partiyasının təşəbbüsü ilə reallaşdırılıb. Partiyaların istədiyi məsələlər ətrafında müzakirə aparacağıq, onların fikirlərini dinləyəcəyik, ümumiləşdirəcəyik və mən, Azərbaycan hakimiyyətinin nümayəndəsi kimi onları müvafiq strukturlara, Prezident Administrasiyasına və Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdıracağam”.
Ə.Həsənov bildirib ki, siyasi partiyalarla, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şəraitində işləyən hakimiyyətlər güclü olur: “Ona görə də biz Azərbaycan hakimiyyətinin nümayəndəsi olaraq, siyasi opponentlərimizlə konstruktiv dialoqa həmişə açıq olmuşuq, bundan sonra da açıq olmağa davam edəcəyik”.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO