Əli Həsənov: “Bəziləri Azərbaycanı Afrika ölkəsi hesab edirlər“
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Bəziləri Azərbaycanı Afrika ölkəsi hesab edirlər“

"Bir çox beynəlxalq təşkilatlar Azərbaycanı hansısa Afrika ölkəsi hesab edirlər. Onlar hesab edirlər ki, Azərbaycanın QHT-ləri, mətbuat qurumları, partiya və ictimai təşkilatları onların qulluğunda olmalı, onların müəyyənləşdirdiyi yolla getməlidirlər".

Bu fikirləri Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Əli Həsənov bildirib ki, Azərbaycan dünya dövlətlərinin çoxundan əvvəl, 1918-ci ildə demokratik cümhuriyyət qurub, parlament respublikası formalaşdırıb:

"Dünya ölkələrinin əksəriyyətindən əvvəl Azərbaycanda qadınların seçki hüququ tanınıb. Sadaladığımız dəyərlər həmin vaxt dünya ölkələrinin çoxunda yox idi. Azərbaycan nəinki Şərqin, eləcə də Qərbin bir çox ölkələrindən öndə olan ölkə idi.

Amma bu gün ictimai rəyin formalaşmasında mühüm rol oynayan transmilli mətbuat orqanlarının fəaliyyətinə bir baxın. 20 ildir Azərbaycanın torpaqları işğal olunub, 1 milyondan çox qaçqını var. 20 ildir ki, BMT təcavüzkar ölkə olan Ermənistana heç bir təsir göstərə bilmir və göstərmir".

Əli Həsənov "Avroviziya" mahnı müsabiqəsi zamanı Bakıya gəlmiş media orqanlarınını fəaliyyətini də tənqid edib: "Görün mətbuat orqanları mənim sadaladığım məsələlərdən heç yazdılarmı? Yazdılarmi ki, Azərbaycanın 1 milyon qaçqını var? Yazdılarmı ki, Azərbaycan Xəzər hövzəsində müstəqil siyasət aparan yeganə ölkədir. Yazdılarmı ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində sinasini qabağa verərək mübarizə aparır? Görün onlar nə yazdı... dövlət Neft Şirkəti neft çıxrmalı olduğu ərazidən hansısa sakini çıxardı, hansısa bir jurnalistin həyatına müdaxilə olundu. Biz onlardan bunu gördük".

Səxavət Həmid

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm