Nida.az
Deputat: “Sifarişlə danışmırıq, öz sözümüzü deyirik”
“Milli Məclis üzvlərinin hakimiyyətin sifarişi ilə danışması haqqında səslənən fikirlərin, iddiaların heç bir həqiqət yükü yoxdur”. Milli Məclisin deputatı Elton Məmmədov Publika.Az-a belə deyib.
Politoloqlar Zəfər Quliyev və İlqar Məmmədov mətbuata açıqlamalarında millət vəkillərinin öz sözlərini demədiklərini, iqtidarın sifarişi ilə İranı və Qərb ölkələrini ittiham etdiklərini söyləyiblər.
Millət vəkili Elton Məmmədov isə politoloqların bu fikirlərini əsassız adlandırır: “Görünür onlar ciddi politoloq deyillər ki, bu cür mənasız iddialar səsləndirirlər. Dünyada gedən ciddi siyasi proseslər fonunda diqqəti bu kimi mənasız məsələlərə yönəltmələri onlar haqqında hər şeyi deyir.
Azərbaycanda hər kəsin sərbəst şəkildə fikirlərini ifadə etmək hüququ var, bu deputatlardan da yan keçməyib. Heç kəs deputata nəyisə diktə edə bilməz. Bu mənada ali qanunverici orqanda təmsil olunan deputatlara icra hakimiyyəti orqanlarından sifariş gəlməsi haqqında fikirlər absurddur.
Sadəcə Azərbaycanda hakimiyyət qolları arasında uğurlu əməkdaşlıq formulu var”.
Azər Niftiyev
Publika.Az
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub