ARDNŞ Liviyada aktiv almaq istəmir?
Bizi izləyin

Nida.az

ARDNŞ Liviyada aktiv almaq istəmir?

“Demək olmaz ki, ARDNŞ Liviyada aktiv əldə etmək istəmir. Bu bazar yaxşı perspektiv vəd edir”. Bunu Azərbaycan Neft Araşdırmaları Mərkəzinin rəhbəri (ANAM) İlham Şaban deyir.

ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib ki, Dövlət Neft Şirkəti Liviyada aktiv almaq məsələsinə baxmır: “Şirkət öz işçilərinin həyat və sağlamlığını riskə qoymaq istəmir”.

İlham Şaban xatırladır ki, mayın əvvəlində Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov Tripolidə bu ölkənin neft və qaz naziri Əbdürrəhman bin Yazza ilə görüşündə demişdi ki, ARDNŞ Liviyada SOCAR brendli YDM şəbəkəsi yarada, ya da Azərbaycan investisiyası ilə neft emalı zavodu tikə bilər:

“Səfir həmçinin naziri 5-8 iyunda Bakıda keçiriləcək XIX "Xəzər neft və qazı 2012" sərgi-konfransına dəvət etmişdi. Bu məlumatı Azərbaycan XİN yaymışdı, yəqin ki, informasiya ARDNŞ ilə müzakirə edilmədən gündəliyə salınmazdı”.

ANAM rəhbəri deyir ki, hazırda Liviyada sabitlik tam bərpa edilməsəs də, Qərb şirkətləri karbohidrogen hasilatını müharibədən öncəki səviyyəyə çatdıra bilib:

“Vətəndaş müharibəsi zamanı hasilat həcmi sutkada 600 min barrelə düşmüşdü, indi bu göstərici 1,5 milyon barreldir. Liviyanın neft terminalları olan sahil zonasında neft ixrac infrastrukturu, emal obyektləri başqa yerlərdəkindən daha sabit işləyir.

ARDNŞ əvvəlcə daha sabit rayonlarda kiçik obyektlərdən başlaya bilər. Üstəlik, bütün obyektlərdə rəhbər menecment istisna, yerli personal işləyir”.

Bəkir Nərimanoğlu

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm