Əli Həsənovdan AXCP-yə cavab: “Müxalifyönlülüyü xarici dairələrlə əlaqələr müəyyən etmir”
Bizi izləyin

Nida.az

Əli Həsənovdan AXCP-yə cavab: “Müxalifyönlülüyü xarici dairələrlə əlaqələr müəyyən etmir”

“Buna hakimiyyəti nümayəndəsi kimi münasibət bildirməkdə çətinlik çəkirəm. Amma hüquqi yanaşma bu deyil”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Beynəlxalq Mətbuat Mərkəzində keçirilən görüşdə iqtidar-müxalifət dialoqundan sonra görüşlə bağlı məlumat verən Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) yetkililərinin fikirlərinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, AXCP-nin yetkililəri görüşdə iştirak edən partiyaların müxalifət partiyaları olmadığını bildirib.

Əli Həsənov qeyd edib ki, hüquq yanaşma mövcud hakimiyyətə müxalif mövqedə dayanana, hakimiyyətdə təmsil olunmayan partiyalara müxalifət partiyaları deyilir: “Siyasi partiyaların müxalifyönlü olmasını onların xarici dairələrlə bağlılığı müəyyən etmir, onların hüquqi statusundakı mövqe müəyyən edir. Burada təmsil olunan partiyaların əksəriyyəti özünü müxalifət partiyası hesab edir. Onlar hakimiyyətə müxalif mövqedədirlər və hakimiyyət strukturlarında təmsil olunmurlar”.

Vazeh Bəhramoğlu

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm