Nida.az
Azərbaycandakı nümayəndə Şimali Kiprin adının dəyişdirilməsindən danışdı
Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu ölkəsinin adının dəyişdiriləcəyi ilə bağlı Türkiyə mətbuatında yayılan məlumatlara münasibət bildirib.
Zəki Qazioğlu Publika.Az-a açıqlamasında bu barədə yayılan
məlumatların həqiqətəuyğun olmadığını, rəsmi səviyyədə belə bir
qərarın qəbul edilmədiyini deyib:
“Bu, yalnız jurnalistlərin təxəyyülünün məhsuludur. Rəsmi səviyyədə
nə belə bir qərar qəbul edilib, nə də açıqlama verilib”.
Belə olan təqdirdə bu xəbərin haradan qaynaqlanmağına gəldikdə
Z.Qazioğlu deyib ki, Kıbrısın rum kəsimi ilə danışıqlarda bir
nəticə əldə edilmədikcə, bu cür təxminlər irəli sürülür:
“Bunu yazanlar nəticə əldə etmək üçün başqa addımlar atmaq
ehtiyacını deyirlər. O cümlədən bu addımlardan biri kimi də
dövlətin adının dəyişdirilməsi fikrini irəli sürürlər. Amma
qətiyyən belə bir rəsmi qərar və açıqlama yoxdur”.
Xatırladaq ki, Türkiyənin “Milliyet” qəzeti Kuzey Kıbrıs Türk
Cümhuriyyətinin Nazirlər Kabinetində ölkənin bundan sonra Kıbrıs
Türk Cümhuriyyəti adlandırılması barədə mayın 23-də qərar qəbul
olunduğunu yazıb. Məlumatda bildirilib ki, vətəndaşalara veriləcək
xarici pasportlarda ölkənin adı qısaca olaraq CTR yazılacaq.
Səxavət
Publika.Az
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı