İqtidar-müxalifət dialoqu başa çatdı - FOTOLAR
Bizi izləyin

Nida.az

İqtidar-müxalifət dialoqu başa çatdı - FOTOLAR

Müxalifət partiyalarının təşəbbüsü ilə keçirilən iqtidar-müxalifət dialoqu başa çatıb.

Publika.az-ın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən görüşdə iqtidardan Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak ediblər.

Müxalifəti isə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev təmsil edib.

3 saata qədər davam edən görüşdə vətəndaşları, cəmiyyəti düşündürən iqtisadi, siyasi, sosial və beynəlxalq münasibətlər də daxil olmaqla bir çox məsələlər ətrafında söhbət aparılıb. Görüşün yekünü olaraq bu cür dialoqun davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, ana müxalifət adına iddia edən Müsavat Partiyasının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndələri görüşə qatılmaqdan imtina ediblər.

Vazeh Bəhramoğlu

FOTOLAR: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm