Bələdiyyə seçkilərini 40 min müşahidəçi izləyəcək
Bizi izləyin

Nida.az

Bələdiyyə seçkilərini 40 min müşahidəçi izləyəcək

Bu günə qədər Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək üçün 39 263 nəfərin müraciəti qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətə əsasən hər məntəqədə seçki prosesini 8 müşahidəçi izləyəcək.

MSK sədri bildirib ki, bu gündən etibarən Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən dairə seçki komissiyalarına seçici bülletenlərinin paylanılmasına başlanılıb. Sabahdan isə ucqar rayonlarda pu proses davam etdiriləcək. Məzahir Pənahov bildirib ki, bülletenlərin paylanılması dekabrın 18-dək yekunlaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm