Gürcüstan Prezidenti Bakıdan nə ilə qayıdacaq? - Ekspert rəyləri - Fotolar- YENİLƏNDİ
Bizi izləyin

Nida.az

Gürcüstan Prezidenti Bakıdan nə ilə qayıdacaq? - Ekspert rəyləri - Fotolar- YENİLƏNDİ

"Prezident daha dövlətin birinci üzü deyil. Səfər çox simvolikdir”, - Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Mamuka Areşidze BBC Azərbaycancaya bildirib. Bununla bərabər, ekspertin sözlərinə görə, ölkələr enerji, nəqliyyat-kommunikasiya və kənd

10.24

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə çərşənbə günü Trend-ə Gürcüstan Prezidentinin Administrasiyasından xəbər verilib.

Səfər çərçivəsində Marqvelaşvilinin ölkə rəhbərliyi ilə görüşləri planlaşdırılıb.

Rəsmi görüşlərdən sonra Gürcüstan Prezidenti nümayəndə heyətinin üzvləri ilə Bakıda Fəxri xiyabana baş çəkərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edəcək.

Gürcüstan lideri Şəhidlər xiyabanında ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş qəhrəman oğulların xatirəsini yad edəcək, "Əbədi məşəl" memorial abidəsinin önünə əklil qoyacaq.

Gürcüstan Prezidenti fevralın 13-də Azərbaycanın Qax rayonuna səfər edəcək və orada yerli gürcülərlə görüşəcək. Həmçinin Qəbələ şəhərində olacaq.

Səfər zamanı bir sıra sənədlərin imzalanacağı gözlənilir.

Ümumilikdə isə, bu onun prezident seçildikdən sonra etdiyi ikinci xarici səfərdir. Bundan əvvəl isə G.Marqvelaşvili Türkiyədə olmuşdu.

Ekspertlərin bu səfərdən hansı gözləntiləri var?

"Prezident daha dövlətin birinci üzü deyil. Səfər çox simvolikdir”, - Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Mamuka Areşidze BBC Azərbaycancaya bildirib. Bununla bərabər, ekspertin sözlərinə görə, ölkələr enerji, nəqliyyat-kommunikasiya və kənd təsərrüfatı sahələrindəki qarşılıqlı əməkdaşlığın davam etməsində maraqlıdır.

Gözlənti “yoxdur”

Avropa Araşdırmaları Mərkəzinin direktoru Kaxa Qoqolaşvili hesab edir ki, Margvelaşvili yaxşı diplomat olsa da, səfərdən çox şey gözləmək lazım deyil. “Onun xarici səfərləri sadəcə xoşluqla yada salınır. Ən azından ölkələr arasında hər zaman mövcud qarşılıqlı əlaqə və dostluq platforması olduğu kimi qalacaq. Dostluq zəifləməyib, lakin qarşılıqlı məsləhətləşmələr əvvəlki səviyyədə, şəxsi dostluq kimi deyil".

Ekspertə görə, Gürcüstanda Margvelaşvilinin Bakı səfəri xüsusi hazırlıqla müşahidə edilməyib və ajiotaj doğurmayıb.

Azərbaycanlı siyasi təhlilçi Rəşad Şirin əlavə edir ki, gürcülər Azərbaycanı itirmək istəmir;“Siyasi sistemlər fərqli olsa da, gürcülər yaxşı başa düşür ki, Azərbaycanın dəstəyi lazımdır. Çünki Azərbaycan qonşunun liberal-demokratiya, Avropa dəyərləri və Amerikaya yaxınlıq kimi istəklərinə baxmayaraq, gizli də olsa, hər zaman dəstəyini göstərib”.

Təhlilçi 2008-ci ildə 5 günlük Rusiya-Gürcüstan müharibəsi zamanı Bakıdan gedən yardımları xatırladır.

Enerji maraqları

Təhlilçilər Gürcüstan-Azərbaycan münasibətlərin nə vaxtsa sərtləşəcəyini ehtimal etmir. Səbəb isə enerji maraqları göstərilir.“Enerji elə bir məsələdir ki, kimin gəlməyindən asılı olmayaraq, əvvəlki hakimiyyətin münasibətlərini qorumağa çalışacaq”, - iqtisadçı Rövşən Ağayev qeyd edir. Lakin iqtisadçı qonşuların bir-birinin potensialından lazımınca istifadə etmədiyini iddia edir. İqtisadçının sözlərinə görə, neft-qaz məhsullarını çıxsaq, qarşılıqlı ticarətin payı cəmi 5-10 faizdir.

Azərbaycanla Gürcüstan münasibətləri yerli mediada daha çox Dövlət Neft Şirkətinin (ARDNŞ) qonşu ölkədəki sərmayələri və ən çox vergi ödəyənlər lideri olması ilə xatırlanır.

BBC Azərbaycancaya danışan gürcü ekspertlər də Azərbaycanı “Gürcüstanı neft-qazla təmin edən yeganə tərəfdaş” adlandırsa da, ehtiyatlı davranmağı məsləhət görüb.

Rusiya amili

Gürcü ekspert Kaxa Qoqolaşvilinin fikrincə, tərəfdaşlıq yaxşı olsa da bunu enerji asılılığına çevirmək lazım deyil. Ekspertin fikrincə, hələ də keçmiş sovet respublikaları üzərində təsir gücünə malik Rusiya bu amildən rahat şəkildə istifadə edə bilər:

“Azərbaycan da bu təsirin altına düşə, enerji kapitalını siyasi kapitala çevirmək istəyində ola bilər. Əlbəttə bu mümkündür, Gürcüstan Azərbaycanla yaxşı, yaxud qeyri-yaxşı münasibətlərdən asılı olmayaraq diqqətli davranmalıdır”.

Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci ildə yaradılsa da, inkişafı 1993-cü ilə - Eduard Şevardnadze və Heydər Əliyevin hakimiyyət dövrünə təsadüf edib. Bu illər ərzində münasibətlərin yüksələn xətlə inkişafı mümkün olub.

Mixail Saakaşvili dövründə də münasibət yüksək səviyyədə inkişaf edib. “Gürcü Arzusu” müxalifət koalisiyasının hakimiyyətə gəldiyi ilk dövrlərdə gürcü tərəfdən müəyyən narahatlıq doğuracaq bəyanatlar səslənsə də, hər şey tədricən öz yerinə oturmağa başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm