• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

ADP sədri: “On il Rəsul Quliyevlə işləmişəm, bilirəm ki...“

  • Nida.az
  • 25 May 2012 17:43
  • 184 Baxış
ADP sədri: “On il Rəsul Quliyevlə işləmişəm, bilirəm ki...“

ADP sədri Sərdar Cəlaloğlu Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin Avropa turnesinə və Qərb diplomatları ilə keçirdiyi görüşlərə münasibət bildirib.

Publika.Az-a açıqlamasında ADP sədri deyib ki, hər hansı xarici diplomatla görüş Azərbaycanda ciddi dəyişikliklərə səbəb ola bilməz.

Uzun müddət Rəsul Quliyevin rəhbərliyi altında fəaliyyət göstərən ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, bu cür görüşlər ciddi nəticə verə bilməz:

"Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, bu məqsədlə görüşlərin keçirilməsi mütərəqqi addımdır. Rəsul Quliyevin Avropa ölkələrinə səfər edərək, orada diplomatik danışıqlar aparmasını bu mənada təqdir edirəm.

Uzun müddət onun rəhbərliyi altında ikinci şəxs kimi, fəaliyyət göstərmişəm. Düz 10 il Rəsul Quliyevi xarici səfərlərdə müşayiət etmişəm, bilirəm ki, belə görüşlər heç bir dəyişikliyə səbəb ola bilməz.

Bunu iddia etməyin özü belə absurddur. Azərbaycanda dəyişikliyə nail olmaq üçün ilk növbədə cəmiyyətin fəallaşmasına, sonra isə müxalifətin vahid cəbhədən çıxış etməsinə ehtiyac var".

Azər Niftiyev

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR