• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əfv Komissiyasının üzvü: “Əfv ərizəsi yazmaq qəbahət deyil“

  • Nida.az
  • 24 May 2012 15:18
  • 163 Baxış
Əfv Komissiyasının üzvü: “Əfv ərizəsi yazmaq qəbahət deyil“

Milli Məclisin deputatı, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü Elmira Axundova əfv olunan müxalifətçilərlə bağlı məsələyə münasibət bildirib. Publika.Az-a danışan millət vəkili deyib ki, insan səmimi peşmançılıq hissi keçirirsə, bunu qınamağın özü anlaşılan deyil.

Elmira Axundova əfvlə bağlı prezidentə müraciətdə qəbahət görmür: "Prezident dövlətin atributlarından biridir. O, hər bir vətəndaşın qanuni haqqını müdafiə edir. Digər tərəfdən əfv eləmək prezidentin müstəsna səlahiyyətinə aiddir.

Kimsə törətdiyi əməldən peşmançılıq hissi keçirirsə, onu satqınlıqda, əqidəsinə dönük çıxmaqda ittiham etmək absurddur. Heç kim əfv ərizəsi yazan məhbusa demir ki, azadlığa çıxandan sonra siyasi fəaliyyətlə məşğul olmasın. Buna qadağa qoyan da yoxdur. Bu konkret əmələ görə peşmançılığın səmimi ifadəsidir ki, buna da normal yanaşmaq lazımdır".

Azər Niftiyev

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR