Deputat aclıq edən gənclərə çağırış elədi
Bizi izləyin

Nida.az

Deputat aclıq edən gənclərə çağırış elədi

Milli Məclisin deputatı Elman Məmmədov İctimai Palatanın keçirdiyi aclıq aksiyasına münasibət bildirib. Publika.Az-a danışan millət vəkili deyib ki, aclıq aksiyasına əl atmaqla ictimai diqqəti cəlb etmək doğru yol deyil.

Siyasi məhbuslara azadlıq, sərbəst toplaşma azadlığının təmini, demokratiya tələbləri ilə mayın 15-dən Müsavat Partiyasının qərargahında keçirilən aclıq aksiyası növbəlilik prinsipi ilə davam edir.

Milli Məclisin deputatı Elman Məmmədov hesab edir ki, aclıq aksiyası keçirməyə ciddi əsaslar yoxdur:

“Azərbaycanda kütləvi narazılıqların olduğu barədə iddialar əsassızdır. Hər kəs sərbəst şəkildə fikirlərini ifadə edir. Mitinqlər, piketlər keçirmək üçün müvafiq yerlər ayrılıb. Belə olduğu təqdirdə İctimai Palatanın müxtəlif aksiyalara əl atmasının, beynəlxalq aləmin diqqətini Azərbaycana cəlb etməsinin yalnız subyektiv səbəbləri var.

Azərbaycanda mötəbər musiqi yarışmasının keçirildiyi günlərdə dövlətimizi gözdən salmaq məqsədilə müxtəlif təxribatlar həyata keçirir. Bu mənada onların aclıq aksiyasına əl atması bəlli məqsədlərə xidmət edir.

Təəssüf ki, müxalifətin bu planında özləri də bilmədən bəzi gənclər də yer alır ki, onlara üzümü tutub, bu kimi aksiyalardan çəkinməyə çağırıram”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm