Nida.az
Bir neçə tərəfdarı eks-spikerlə görüşdən imtina edib - EKSKLÜZİV
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, eks-spiker Rəsul Quliyev Norveçdə tərəfdarları ilə birgə məsləhətləşmələr aparır. Bu barədə məlumat Publika.Az-a etibarlı mənbələrdən daxil olub.
Görüşdə Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbərlə yanaşı Rəsul Quliyevə yaxın digər şəxslərin də iştirak etdiyi xəbər verilir:
“Rəsul Quliyev görüşə Bakıdakı xeyli tərəfdarını çağırsa da, əksəriyyət dəvətdən boyun qaçırıb, eks-spikerlə birgə siyasi fəaliyyət göstərmək niyyətində olmadığını bildirib.
Son illərə qədər Rəsul Quliyevin sadiq tərəfdarlarından olan Yaqub Abbasovun, Akif Şahbazovun, Zəminə Dünyamalıyevanın, Mahir Əsədovun və bir çox tanınmış isimlərin eks-spikerlə ittifaqdan yayınması ACP liderini çıxılmaz duruma salıb.
Vəziyyətdən çıxış yolu olaraq yeni qüvvələri ətrafına toplamaq üçün Rəsul Quliyev tərəfdarlarına Sülhəddin Əkbəri ACP-yə sədr gətirməyi tövsiyə edib”.
Qaynaq əlavə edib ki, Rəsul Quliyev onsuz da az olan tərəfdarlarını narazı salmamaq məqsədi ilə partiyanın hazırki sədri Vaqif Mahmudovu da kənarda qoymaq niyyətində deyil. Ona Sülhəddin Əkbərin sədri olduğu partiyada baş katib postu təklif ediləcək.
Azər Niftiyev
Publika.Az
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO