Nida.az
XİN Fransadakı səfirliyimizə təlimat verib
Xarici İşlər Nazirliyi Fransa Senatının üzvlərinin işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər etməsi barədə məlumatları araşdırmaq üçün Azərbaycanın Fransadakı səfirliyinə təlimat verilib. Bu barədə Publika.Az-a açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
“Parisdəki səfirliyimiz məsələni araşdıracaq və bu barədə mərkəzə
məlumat verəcək. Xəbər həqiqətəuyğun olacağı təqdirdə biz öz
mövqeyimizi açıqlayacaq və müvafiq addımlar atacağıq” deyən
E.Abdullayev əlavə edib ki, təlimatın verilməsində məqsəd
Ermənistan və ermənilərə simpatiyası olan mətbu orqanların yaydığı
məlumatın yalan olub-olmadığını öyrənməkdir.
Xatırladaq ki, “Regnum” agentliyi bir neçə Fransa parlamentarisinin
Dağlıq Qarabağa səfər etməsi barədə məlumat yayıb. Məlumatda Senat
üzvlərini “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako
Saakyanın qəbul etdiyi, fransalı senatorlarla əməkdaşlıq
istiqamətdə konkret proqramların həyata keçirilməsinin
əhəmiyyətindən danışıldığı bildirilib.
Səxavət
Publika.Az
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...