Azərbaycan prezidenti NATO sammitində görüşlər keçirib
Bizi izləyin

Nida.az

Azərbaycan prezidenti NATO sammitində görüşlər keçirib

NATO-nun sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bir sıra görüşlər keçirib.

Publika.Az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mayın 19-da Türkiyə Respublikasının prezidenti Abdullah Gül ilə görüşüb.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq bildirilib, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Azərbaycan prezidenti İlham Əliyevin Sloveniyanın baş naziri Yanez Yanşa ilə görüşündə iki ölkə arasında münasibətlərin son dövrlərdə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan-Sloveniya əlaqələrinin iqtisadi, xüsusilə də enerji, sərmayə qoyuluşu sahələrində və müxtəlif layihələrdə birgə iştirakı baxımından əhəmiyyəti qeyd edilib.

Tərəflər ölkələr arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində daha da genişlənməsinin yaxşı potensialı olduğunu vurğulayıblar.

Azərbaycan prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzzetbekoviçlə görüşündə ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə yaxşı nəticələr verdiyi bildirilib və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Monteneqronun Baş naziri İqor Lukşiç ilə görüşü olub.

Görüşdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Siyasi sahədə əlaqələrin möhəkəmlənməsinin digər sahələrdə, o cümlədən iqtisadi istiqamətdə əməkdaşlığın genişlənməsinə təkan verdiyi bildirilib.

Energetika, turizm, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirilən görüşdə əlaqələrin bundan sonra da genişləncəyinə əminlik ifadə edilib.

Azərbaycan prezidenti mayın 19-dan ABŞ-da işgüzar səfərdəsir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm