Nida.az
Politoloq: “Putinin Belarus səfəri təsadüfi deyil”
Politoloq Zərdüşt Əlizadə Rusiya prezidenti Vladimir Putinin inauqurasiya mərasimindən sonra ilk səfərini Belarusa etməsinə münasibət bildirib.
Politoloq Publika.Az-a politoloq deyib ki, diktator rejimlər öz ömürlərini uzatmaq üçün qarşılıqlı dəstəyə ehtiyac duyurlar: “Bu mənada Vladimir Putinin ilk səfərini Belarusa etməsi təsadüfi sayıla bilməz.
Putin Rusiyada cəngəllik hakimiyyəti qurub. Siyasi təsisatları tamamilə sıradan çıxarıb. İqtisadi sahədə hökmranlıq da onun əlindədir. Rusiya faktiki Qərb dövlətləri üçün xammal mənbəyinə çevrilib.
Ölkənin elmi potensialı çox aşağı düşüb. Belə olduqda onun diktator hakimiyyətini qorumaq üçün postsovet məkanında diktator rejimlərə dəstək verməsində təəccüblü bir şey yoxdur”.
İki ölkənin münasibətlərinə toxunan Zərdüşt Əlizadənin qənaətinə görə, Rusiya Belarusa iqtisadi planlarını həyata keçirmək üçün imkan yeri kimi baxır: “Belarus prezidenti Lukoşenko qeyri-qanuni yolla hakimiyyətə gəldiyinə və Qərb dövlətlərinin hədəfinə düşdüyünə görə Rusiya ilə hesablaşmağa məcburdur. Rusiya bu amili nəzərə alaraq, iqtisadi maraqlarını təmin etmək üçün təsir rıçaqlarını işə salıb Belarusu istismar edir”.
Azər Niftiyev
Publika.Az
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB