Asim Mollazadədən İctimai Palataya “Avroviziya” ittihamı
Bizi izləyin

Nida.az

Asim Mollazadədən İctimai Palataya “Avroviziya” ittihamı

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Müsavat başqanı İsa Qəmbərin “Avroviziya” yarışmasının keçirildiyi günlərdə aksiyaların olacağını dair açıqlamasına münasibət bildirib.

Millət vəkili Publika.Az-a deyib ki, bu müsabiqə Azərbaycan mədəniyyətinin təbliğ olunması, ölkəmizin Qərbə inteqrasiyası baxımından əla fürsətdir: “Müsavat başqanı müsabiqənin keçirildiyi günlərdə aksiyaların olacağına dair açıqlamaları İrandakı molla rejiminin baxışları ilə üst-üstə düşür”.

Müsavat başqanı mətbuata müsahibəsində Bakıda “Avrovoviziya” beynəlxalq musiqi yarışmasının keçirildiyi günlərdə müxtəlif aksiyaların planlaşdırıldığını, bunun ciddi səs-küyə səbəb olacağını bildirib.

ADİP sədri Asim Mollazadə İctimai Palataya daxil olan partiya liderlərinin “Avroviziya” yarışmasını siyasiləşdirmək cəhdlərindən təəssüflənib: “Azərbaycan Avropaya inteqrasiyaya yolunu götürüb. Hətta İctimai Palatada təmsil olunan partiya liderlərinin özləri də dəfələrlə Azərbaycanın Qərb yönümlü siyasətin vacibliyini bildiriblər.

Heç kimə sirr deyil ki, İran molla rejimi müsabiqə öncəsi Azərbaycanda müxtəlif təxribatlar törətməyə çalışır. Onların marağındadır ki, Azərbaycanda fəaliyyət göstərən dairələr hər vəchlə bu müsabiqənin keçirilməsinə maneçilik törətsinlər. Müsabiqə günlərində aksiyaların olacağına dair açıqlamalar İrandakı molla rejiminin baxışları üst-üstə düşür”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm