Partiya sədri: “Atəşkəs qərarı onda doğruydu, indi isə...“
Bizi izləyin

Nida.az

Partiya sədri: “Atəşkəs qərarı onda doğruydu, indi isə...“

O, sülh sazişinə imza atmağı böyük səhv adlandırıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Publika.Az-a eks-spikerin dedikləri ilə razı olmadığını bildirib. 1994-cü ildə iqtisadiyyatın tamamilə dağıldığını, nizami ordunun olmadığını yada salan millət vəkili qeyd edib ki, müharibə apara-apara nizami ordu qurmaq və iqtisadiyyatı inkişaf etdirmək çətin məsələ idi.

BAXCP sədri həmçinin söyləyib ki, müharibənin gedişində "Əsrin müqaviləsi"ni imzalamaq da mümkünsüz idi: "Azərbaycana fasilə lazım idi. Ölkəmiz neft-qaz müqavilələrindən böyük gəlirlər əldə edib. Hesab edirəm ki, 1994-cü ildə Azərbaycanın başqa seçimi yox idi, müharibəni udmaq imkanları məhdud idi. Ermənistanın arxasında Rusiya dayanmışdı, Azərbaycana isə dəstəksiz idi. Həmin vaxt qardaş Türkiyədən belə, 2 vertolyot almaq imkanında deyildik".

Millət vəkili hesab edir ki, mənasız sülh danışıqlarının davam etdirilməsi indi səhvdir: "Zamanı çatıb ki, Azərbaycan yenidən hərbi əməliyyatlara başlayıb torpaqları işğaldan azad etsin".

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm