• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

  • Nida.az
  • 14 Dekabr 2014 12:11
  • 338 Baxış
AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) gələn il yanvarın 26-dan 30-dək davam edəcək qış sessiyasının gündəliyi açıqlanıb.

Sessiyanın ilk günü AŞPA sədrinin qurumun ötən sessiyadan keçən müddətdəki fəaliyyəti barədə hesabatı dinləniləcək. Büronun və daimi komitənin fəaliyyətləri müzakirə olunacaq, Tunisdə və Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri haqqında məlumat veriləcək.

Yanvarın 27-də ukranyalı qaçqın və məcburi köçkünlərin vəziyyəti, Avropa Şurası ilə razılıq memorandumunun qüvvəyə minməsi, Monteneqronun Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ətrafında fikir mübadiləsi aparılacaq.

Sonrakı günlərdə Avropada mətbuat azadlığına yardım, bərabərlik və böhrana dair kollektiv sövdələşmə, tətil hüququ, Avropada diskriminasiya və dözümsüzlük hallarına qarşı mübarizə və digər məsələlər müzakirə olunacaq.

İrlandiyanın Prezidenti Maykl Higgins və Avropa Komissiyasının sədri Jan-Klod Yunker deputatlara müraciət səsləndirəcək, Avropa Şurasının baş katibi Torbyorn Yaqland və Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Didye Reynders avropalı deputatlar qarşısında çıxış edəcəklər.
Sessiyanın gündəliyinə Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi daxil edilməyib.

azertag.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR