Nida.az
“Bu, fransalı həmsədrin rəsmi Bakıya mesajıdır”
Politoloq Qabil Hüseynli ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakıda səsləndirdiyi bəyanata münasibət bildirib.
ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Jak For Fransada yeni prezidentin seçilməsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkənin mövqeyinə necə təsir göstərəcəyinə dair suala cavabında deyib ki, Fransa Dağlı Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasətini dəyişiklik olmadan davam etdirəcək.
Politoloq Qabil Hüseynli Publika.Az-a bildirib ki, fransalı həmsədrin bu açıqlamasını birbaşa rəsmi Bakıya verilən mesaj kimi dəyərləndirmək olar: “Fransalı həmsədr demək istəyir ki, ölkəsinin həmsədrlikdən kənarlaşdırılması ilə bağlı Azərbaycanda səslənən fikirləri heçə sayır və Ermənistanla münasibətləri əvvəlki kimi qalacaq. Bu fikri başqa cür yozmaq çətindir.
Münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində Fransa heç bir tədbir görməyib. Həmsədrin heç nəyin dəyişməyəcəyini deməsi o mənaya gəlir ki, Minsk Qrupu düşdüyü vəziyyətdən hələ ki çıxa bilmir”.
Rusiyalı həmsədr İqor Popov isə söyləyib ki, Azərbaycan prezidenti və xarici işlər naziri görüşlərində ictimaiyyət və gənclər arasında görüşlərin təşkili məsələsinə də toxunulub. Q.Hüseynli qeyd edib ki, xalq diplomatiyası adı altında keçirmək istədikləri bu görüşlərdən nəticə gözləmək: “Azərbaycan əhalisinin birmilyona qədəri qaçqın və məcburi köçkündür. İqor Popov isə onlara erməni dostluğu brədə məruzələr oxumaq istəyir. Hesab edirəm ki, cəfəng şeylərdir. Bu ipin ucunu lazım olan yerdə deyil, başqa yerdə axtarmağa bənzəyir”.
Ömər Əmirov
Publika.Az
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!