Bəhruz Quliyevdən İctimai Palata açıqlaması
Bizi izləyin

Nida.az

Bəhruz Quliyevdən İctimai Palata açıqlaması

"Bakıda "Avroviziya" musiqi yarışmasının keçirildiyi günlərdə mərkəzləşmiş mətbuat mərkəzi fəaliyyət göstərəcək, yerli və beynəlxalq ictimaiyyəti zəruri informasiyalarla təmin edəcək. Bundan kənarda hər hansı alternativ media mərkəzinin yaradılmasına ehtiyac yoxdur. Bu işə qol qoyanların yeganə məqsədi təxribat törətməkdir".

Publika.Az-a açıqlamasında "Səs" qəzetinin baş redaktoru və Sia.az portalının rəhbəri Bəhruz Quliyev İctimai Palatanın yarış ərəfəsində qonaqların diqqətini Azərbaycandakı problemlərə cəlb etmək məqsədilə alternativ media mərkəzi yaratmaq təşəbbüsünə münasibət bildirərkən belə deyib.

Baş redaktor əlavə edib ki, "Avroviziya" yarışması ərəfəsində Azərbaycana qarşı təzyiqlərin olması təbiidir və bu işin arxasında ölkəmizi sevməyən qüvvələr dayanır: "Bu musiqi yarışmasında qələbə Azərbaycanın halal haqqıdır, kimsə müsabiqənin ölkəmizdə keçirilməsinin əleyhinə çıxırsa, bunun özünün demokratiya ilə heç bir əlaqəsi yoxdur.

Ölkəmizə qarşı məkrli niyyətdə olanlar əmin olsunlar ki, onların çirkin kampaniyaları heç bir nəticə verməyəcək. "Avroviziya" yarışması Bakıda yüksək səviyyədə keçiriləcək və bu ölkəmizin qarşısında yeni imkanlar açacaq. Hesab edirəm ki, İctimai Palatanın alternativ media mərkəzi yaratmağa cəhd etməsi, onların milli hisslərdən uzaq dayanmasının, milli məsələlərdə belə şəxsi ambisiyalarını gizlədə bilməməsinin göstəricisidir".

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm