Nida.az
Deputat: “Vəzifə məmurun şəxsi mülkü deyil“
"Hər bir məmur öz məsuliyyətini dərk etməli, ona göstərilən etimaddan sui-istifadə hallarına yol verməməlidir". Publika.Az-a danışan Milli Məclisin deputatı Astan Şahverdiyev bəzi məmurların qeyri-etik davranışlarına münasibət bildirərkən belə deyib.
Gəncə şəhər prokurorunun böyük köməkçisi Fuad Həsənov Baş prokuror Zakir Qaralovun əmri ilə prokurorluq orqanlarından xaric olunub. Buna Fuad Həsənovun yol polisi ilə mübahisə etməsi səbəb olub.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, Gəncə şəhər prokurorunun böyük köməkçisi Fuad Həsənov bir neçə gün öncə avtomobilini içkili vəziyyətdə idarə edərkən yol-hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb. Nizam-intizama dəvət edilməsinə məhəl qoymayan Fuad Həsənovun yol polislərilə ciddi mübahisə etdiyi bildirlir. Bundan sonra onun davranışları barədə yuxarı orqanlara məruzə olunub və vəzifəsindən kənarlaşdırılırıb.
Millət vəkili Astan Şahverdiyev hesab edir ki, məmurlar arasında onlara göstərilən etimadı doğrultmayan, qeyri-etik rəftarda bulunan insanlar var və belələrinə qarşı mübarizə bundan sonra da davam edəcək: "Prezident İlham Əliyev demək olar ki, hər həftə regionlara səfər edir, əhali ilə canlı təmaslar yaradır. Belə olduğu təqdirdə hər bir məmurun da borcudur ki, öz fəaliyyətində İlham Əliyevdən nümunə götürsün.
Amma elə məmurlar var ki, vəzifəni xalqa xidmət yox, özünü təsdiq imkanı sayır. Bu cür məmurlara qarşı ciddi ölçü götürülməlidir. Hər bir məmur anlamalıdır ki, vəzifə onun şəxsi mülkü deyil. Bu mənada insanlarla, dövlət qurumlarının əməkdaşları ilə münasibətdə etik davranmalıdır.
Baş Prokuror Zakir Qaralovun içkili vəziyyətdə polisin tələblərini qulaqardına vuran şəxsi prokurorluq orqanlarından xaric etməsi ilə bağlı qərarını təqdir edirəm. Fikrimcə, bu əxlaqda olan məmurlar Fuad Həsənovun aqibətindən ciddi nəticə çıxarmalıdır".
Azər Niftiyev
Publika.Az
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı