İctimai Palatanın mitinqinə bu gün cavab veriləcək
Bizi izləyin

Nida.az

İctimai Palatanın mitinqinə bu gün cavab veriləcək

Mayın 13-nə təyin olunan mitinqlə bağlı İctimai Palatanın mayın 7-də Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlandığı müraciətə hələ cavab gəlməyib. Bu barədə Publika.Az-a Müsavat başqanının müavini Tofiq Yaqublu məlumat verib.

Onun sözlərinə görə, “Sərbəst toplaşma azadlığı” haqqında qanunda göstərilib ki, müraciətə mitinqə 3 iş günü qalmış cavab verilməlidir: “Çalışacağıq gün ərzində cavab alaq”.

İctimai Palatanın müraciətində mayın 13-də saat 16:00-dan 18:00-dək “Dərnəgül” metrostansiyası qarşısında mitinq keçirilməsi ilə bağlı xəbərdarlıq edilib.

Tofiq Yaqublu qeyd edib ki, göstərilən ərazidə mitinq keçirməyə icazə verilməsə, İctimai Palata razılaşdırılmamış aksiyalara gedəcək.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm