Ramin Hacılı milləti Avropalı eləmək istəyir
Bizi izləyin

Nida.az

Ramin Hacılı milləti Avropalı eləmək istəyir

Azərbaycan Avropa Hərəkatı bu il 9 may gününü hər bir Avropa ölkəsində olduğu kimi qeyd etməyi planlaşdırıb.

Təşkilatdan Publika.Az saytına verilən məlumata görə "Avropalı gəzintisi" adı altında keçiriləcək yürüş saat 16:00-da Bakı şəhəri "Azneft" dairəsindən "Saat Qülləsi"nə qədər (Milli park boyunca) davam edəcək.

"Biz rəsmi formada Bakı Şəhər İcra Hakimiyyətinə yürüşün təhlükəsizliyi ilə bağlı müraciət etmişik. Lakin, icazə almamışıq. Burda icazəlik bir şey yoxdur. Biz gəzinti yolu ilə Avropa dəyərlərini yürüşçülərə çatdıracağıq. Yürüşdə səfirliklər, mətbuat, xarici təşkilatların nümayəndələri də olacaq. Avropa gününü yürüşlə qeyd edəcəyik. 10 min insanın bizə qatılacağını gözləyirik".

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm