• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Siz nədən Obamaya müraciət eləmirsiz?”

  • Nida.az
  • 4 May 2012 17:08
  • 142 Baxış
“Siz nədən Obamaya müraciət eləmirsiz?”

Millət vəkili Hikmət Atayev ABŞ Konqresi Nümayəndələr Palatasının deputatı Hovard Bermanın mayın 3-də Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktuba münasibət bildirib.

Publika.Az-a danışan millət vəkili bildirib ki, ABŞ-la Azərbaycan arasında normal münasibətlər olduğundan, hər hansı amerikalı deputatın fikirlərinə görə narahatlıq keçirməyə dəyməz.

ABŞ Konqresi Nümayəndələr Palatasının demokrat deputatı Hovard Berman mayın 3-də prezident İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanda jurnalistlərə qarşı təqiblərə son qoyulmasını, media mənsublarına qarşı hücumlara rəvac vermiş şəxslərin qanun qarşısında cəzalandırılmasını tələb edib.

Hikmət Atayevin fikrincə, prezident İlham Əliyev xarici siyasəti çox gözəl bilir: “Lazımi yerdə hansı reaksiyanı vermək gərəkdirsə, onu edir. Digər tərəfdən, ABŞ-la Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri var. Amerikalı konqresmenlər nəinki Azərbaycanı və ya digər ölkəni, hətta Barak Obamanın özünü belə tənqid edirlər.

Nəzərə almaq lazımdır ki, istənilən halda söylənilən fikirlər, edilən müraciətlər Amerikanın ümumi mövqeyini əks etdirmir. Əgər Barak Obama və ya Hillari Klinton bu fikirləri səsləndirsəydi, məsələyə münasibət bildirmək olardı”.

Bəs nədən analoji müraciətlə Azərbaycan deputatları çıxış etmirlər? Millət vəkili buna da lüzum görmür: “Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq təşkilatlara, aparıcı ölkələrə deputatların adından dəfələrlə müraciətlər daxil olub. Qərbin son təzyiqləri ilə də bağlı Milli Məclisdə deputatlar öz fikirlərini bildiriblər. Hesab edirəm ki, bu kifayətdir”.

Azər Niftiyev

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR