“Vasitəçilik təkcə rəğbətlə müəyyənləşmir...” - MÜNASİBƏT
Bizi izləyin

Nida.az

“Vasitəçilik təkcə rəğbətlə müəyyənləşmir...” - MÜNASİBƏT

“Vasitəçilik potensialı rəğbətə görə müəyyənləşmir, bunun üçün daha ciddi təsir mexanizmləri olmalıdır”. Bunu Publika.Az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Milli Məclisin deputatı, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Bəxşəliyevanın Azərbaycanın İsraillə ərəb dövlətləri arasında vasitəçilik missiyasınının mümkünlüyünə dair fikirlərini şərh edərkən belə deyib.

Politoloq Zərdüşt Əlizadə millət vəkilinin fikirlərini saf niyyətli və barışdırıcı təşəbbüs kimi xarakterizə edib: “Amma unutmaq olmaz ki, vasitəçi olmaq üçün tərəflərin rəğbətini qazanmaq azdır, bunun üçün ciddi təsir imkanları da olmalıdır.

Bəli, mən də razıyam ki, Azərbaycanın həm İsrail, həm də ərəb dövlətləri ilə mehriban münasibətləri var. Lakin nəzərə alanda ki, Azərbaycan 3 aparıcı dövlətin vasitəçiliyi ilə Qarabağ münaqişəsini həll edə bilmir, ölkəmizin İsraillə ərəb dünyası arasında sülhə nail olacağını düşünmək, zənnimcə, sadəlövhlük olardı.

İsraili ABŞ maliyyələşdirir, onun ərəb dünyasına daxil olan ölkələrlə də çox gözəl münasibətləri var. Bu ölkələrin rəhbərləri məhz Amerika tərəfindən dəstəkləndiyinə görə hakimiyyətdə qala biliblər. Bu mənada bu məsələdə Amerikanın vasitəçiliyi daha real görünür. ABŞ İsraillə ərəb dünyası arasında barışıq istəyir, yoxsa yox – bu artıq başqa məsələdir”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm