• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qənirə Paşayeva: “O gün uzaqda deyil“

  • Nida.az
  • 2 May 2012 11:47
  • 154 Baxış
Qənirə Paşayeva: “O gün uzaqda deyil“

Türkiyənin bir sıra məşhur sənətçiləri, aktyor və aktrisaları, "Avropa, Avropa" dizisinin yaradıcıları və bir sıra tanınmış jurnalistləri "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin qonağı olub.

Publika.Az-ın verdiyi məlumata görə, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) təşkilatçılığı ilə düzənlənən gecə Azərbaycan və Türkiyə sənət adamlarının bir-birini daha yaxından tanıması, iki qardaş ölkənin sənətçiləri arasında əməkdaşlıq mövzusunun dəyərləndirilməsinə həsr olunub.

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, "Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi sədri dr. Qənirə Paşayeva gecədə çıxış edərək, "bir millətin iki dövləti" arasında millət vəkilləri, dövlət xadimləri qədər sənət xadimlərinin, ümumən mədəniyyətin də özəl yeri olduğunu vurğulayaraq, sənətin, sənət xadimlərinin gördüyü işlərin xalqları, toplumları bir-birinə daha yaxın etdiyini qeyd edib.

Tədbirdə Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan həqiqətləri ilə bağlı ətraflı məlumatlar verən millət vəkili Qənirə Paşayeva deyib ki, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı o cümlədən qondarma erməni soyqırımına qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı bütün Türklərin, Türk dövlət və toplumlarının ortaq məsələsi olmalıdır.

Qənirə Paşayeva öz çıxışını "İnşallah, növbəti çəkilişlərinizi birgə işğaldan azad edəcəyimiz Qarabağda, Şuşada həyata keçirəsiniz", "İnşallah, növbəti tədbirimiz işğaldan azad edəcəyimiz Qarabağda, Şuşada və bütün o cənnət guşələrimizdə keşirək. Mən inanıram ki, o gün uzaqda deyil" sözləri ilə bitirib.

O, Türkiyənin bir sıra məhşur sənətçiləri, aktyor və aktrisaları, TRT-də yayımlanan "Avropa, Avropa" dizisinin yaradıcıları və bir sıra tanınmış jurnalistlərinin Azərbaycana səfərini yüksək qiymətləndirərək bu kimi səfərlərin olkələrimiz arasında mədəni əməkdaşlığa böyük dəstək verdiyini söyləmişdir.

Sonra millət vəkilləri prof.dr. Musa Qasımlı və Leyla Abdullayeva, AVMVB-nin sədri Füzuli Rzaquliyev, Birliyin Sumqayıt şəhər təşkilatının sədri Mübariz Hacıoğlu, TRT-nin Bakı bürosunun müdiri Yüksəl Deyercan, Türkiyəli məhşur sənətçilər Tarik Unluoglu , tanınmış prodüsser Banu Ağdəniz, tanınmış yönətmən Şəfəq Bal, yazıçı-publisist Əkbər Qoşalı, əməkdar artist Azərin, əməkdar artist Tünzalə Ağayeva, əməkdar incəsənət xadimi Aygün Səmədzadə, tanınmış müğənnilər Lalə Məmmədova, Aslan Hüseynov və başqaları çıxış edərək, Azərbaycanla Türkiyə arasında ictimai-mədəni əlaqələr barədə öz fikirlərini bölüşüblər.

Gecə hər iki ölkə sənətçilərinin musiqi proqramı ilə davam edib.

Rüfət Əhmədzadə

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR