Deputat: “İcra hakimiyyətləri ləğv edilsin” – Təklif
Bizi izləyin

Nida.az

Deputat: “İcra hakimiyyətləri ləğv edilsin” – Təklif

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa rayon icra hakimiyyətlərinin ləğvinə tərəfdardır. O bu barədə Publika.Az-a açıqlamasında danışıb.

Fazil Mustafa hesab edir ki, yerli idarəetmə orqanları seçkili yolla formalaşsaydı, bu halda onlar əhali ilə hesablaşmağa məcbur olardılar: “İndi icra başçılarının əksəriyyəti demək olar ki, fəaliyyətsizdir. Daha doğrusu, onlar vətəndaşların problemlərini həll etməyə maraq göstərmirlər. Başlıca səbəbi rayon rəhbərlərinin ictimaiyyət qarşısında hesabat verməməsi ilə bağlıdır.

Vaxtilə Azərbaycanda bələdiyyələr yarananda təklif etdik ki, icra qurumları ləğv edilməli və onlara məxsus bütün səlahiyyətlər bələdiyyələrə verilməlidir. Bu, baş vermədiyinə görə, məmur-vətəndaş münasibətlərindəki gərginlik bu gün də hökm sürür.

Həm bir millət vəkili, həm də partiya sədri olaraq hesab edirəm ki, icra hakimiyyətləri ləğv olunmalıdır. Bələdiyyələrin səlahiyyətləri artırılsa, yerli idarəetmə orqanları xalqın iradəsi ilə formalaşsa, problemlərin əksəriyyəti aradan qalxmış olar”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm