“Gülən camaatı Türkiyədə hakimiyyətə gəlmək istəyir” - ÖZƏL
Bizi izləyin

Nida.az

“Gülən camaatı Türkiyədə hakimiyyətə gəlmək istəyir” - ÖZƏL

London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun üzvü, Türkiyə XİN İcra Aparatının keçmiş rəhbəri Onur Öymən “Samanyolu” telekanalı və “Zaman” qəzetinin rəhbərliyi, serial müəllifləri və rejissorlar da olmaqla, 32 nəfərin həbs olunmasına münasibət bildirib.

Türk diplomat O.Öymən Publika.az-a açıqlamasında deyib ki, AKP hökumətinin bu addımı başa düşülən deyil: “Çünki AKP-çilər dünənə kimi camaatla çox yaxın idilər. Ancaq indi Ərdoğanla düşmən olublar. Digər tərəfdən isə camaat bir ictimai birlikdir, onun siyasətlə məşğul olması doğru deyil. Türkiyədə bu cür birliklər vaxtilə siyasətə qarışıb. Ona görə də bu gün bu cür problemlər yaşanır. Din və dövlət ayrı-ayrı olmalıdır. Ancaq hazırda Türkiyədə din və dövlət bir-birinə qarışıb. Onların arasında yaşanan bu mübarizə sonda nə ilə nəticələnəcək, bunu hələ biz bilmirik. Ancaq prosesin sonunu gözləmək lazımdır”.

O.Öymən onu da qeyd edib ki, Gülən camaatının Türkiyədə hakimiyyətə gəlmək iddiası var: “Bu cür iddialar zaman-zaman da mövcud olub. Ancaq onlara yaxın olan medianın təqib olunması doğru deyil. Çünki media azadlığı olmalıdır. İndi ortalıqda müəyyən iddialar var və həmin iddialar əsasında bir qrup media mənsubu saxlanılıb və dindirilir. Bu iddiaların nə qədər doğru, nə qədər yalan olmasını isə zaman göstərəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm