AXCP-dən Mirmahmud Mirəlioğlu açıqlaması
Bizi izləyin

Nida.az

AXCP-dən Mirmahmud Mirəlioğlu açıqlaması

“İctimai Palatanın son mitinqi “Eurovision” musiqi yarışması öncəsi Azərbaycanda siyasi azadlıqların olmadığına dair dünyaya mesaj idi. Kimsə bunu başqa istiqamətə yozmağa çalışırsa, yəqin ki, öz sözünü demir”. Bunu Publika.Az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı KXCP sədri Mirmahmud Mirəlioğlunun xarici diplomatların İctimai Palataya gəlişinə münasibətini şərh edərkən bildirib.


Mətbuata son açıqlamasında İctimai Palata haqqında fikir bildirmək niyyətində olmadığını deyən KXCP sədri əcnəbi diplomatların müxalifətçilərlə görüşə hansı missiya ilə getdiyini belə izah edib: “Qarşıdan “Eurovision” müsabiqəsi gəlir. Bunun üçün də ölkədə ictimai-siyasi sabitlik olmalıdır. Keçirilən son mitinqlər də ölkədə demokratik haqların necə bərqərar olduğunu göstərmək üçün bir fürsət oldu. Bu baxımdan, yəqin ki, həmin səfirlər İctimai Palataya təşəkkür etməyə getmişdilər”.

AXCP funksioneri Fuad Qəhrəmanlı İctimai Palatanın son mitinqini Azərbaycanda olan narazılıqların beynəlxalq aləmə çıxarmaq baxımından bir fürsət adlandırıb: “İctimai Palatanın son iki mitinqi bir daha göstərdi ki, Azərbaycan hakimiyyətindən narazı insanlar mübarizəyə hazırdırlar. Biz həm də bununla “Eurovision” müsabiqəsi öncəsi beynəlxalq aləmə Azərbaycanda insan haqlarının bərbad durumda olduğunu nümayiş etdirdik.

İctimai Palatanın dəvətini qəbul edib, qurumun tədbirinə qatılan diplomatik korpusun nümayəndələrinin də əsas məqsədi vəziyyətlə daha ətraflı tanış olmaq idi. Səfirlərin İctimai Palatanın tədbirinə qatılmasına hakimiyyət daxilindən sərt reaksiya gəlib. Əgər bu gün kimlərsə, o cümlədən Mirmahmud Mirəlioğlu bundan narahatlıq keçirirsə, görünür, iqtidarla eyni mövqeni bölüşür”.

Azər Niftiyev
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm