• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Millət vəkili AŞPA-da Şuşa və Laçınla bağlı məsələ qaldırdı

  • Nida.az
  • 24 Aprel 2012 12:39
  • 161 Baxış
Millət vəkili AŞPA-da Şuşa və Laçınla bağlı məsələ qaldırdı

Millət vəkili Qənirə Paşayeva AŞPA–nın yaz sessiyasının ilk iclas günündə Ermənistan tərəfindən işğalının 20-ci ildönümü yaxınılaşan Şuşa və Laçın məsələsini qaldırıb.

Publika.Az-ın verdiyi məlumata görə, Avropa Şurası Nazirlər Komitəsinin sədri David Lidinqtonun assambleyada çıxışından sonra millət vəkili Qənirə Paşayeva ona müraciətlə deyib:

"Cəmi bir neçə gün sonra may ayında Ermənsitan tərəfindən Azərbaycanın Şuşa şəhərinin və Laçın rayounun işğalının 20-ci il tamam olur. Artıq 20 ildir ki, yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünlər, o cümlədən şuşalıların və laçınlıların öz doğma torpaqlarına, evlərinə dönməsinə Ermənistan tərəfindən imkan verilmir. Cənab nazir, nə üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi və haqları 20 ildir ki, Ermənisitan tərəfindən tapdalanan yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz torpaqlarına, evlərinə dönməsi üçün AŞ-nin rəsmi İrəvana təsir və təzyiq mexanizmləri işə salınmır?"

Avropa Şurası Nazirlər Komitəsi sədri David Lidington isə bu məsələyə münasibətində deyib: "Siz haqlısınız ki, öz evinə dönə bilməyən on minlərlə qaçqın və məcburi köçkün ailəsi öz evinə dönə bilməməsi üzündən çox əziyyət çəkir və onlar öz evlərinə dönmək hüququ var. Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupu ilə eyni səlahiyyətləri bölüşmür. Mən hesab edirəm ki, Minsk qrupu çərçivəsində münaqişənin həlli yollarının tapılması üçün səylər artırılmalıdır. Həll yolları nə qədər tez tapılsa, evlərinə dönə bilməyən qaçqın və məcburi köçkünlərin çəkdiyi əziyyətlər o qədər tez başa çatar və onlar öz torpaqlarına qayıda bilərlər".

Rüfət Əhmədzadə

Publika.AZ

Xəbər lenti

DAHA ÇOX XƏBƏR