“Hakimiyyətdən incik düşənlərin hikkələrinə mitinq yox, tədbir deyərlər“
Bizi izləyin

Nida.az

“Hakimiyyətdən incik düşənlərin hikkələrinə mitinq yox, tədbir deyərlər“

"Hər kəsin hakimiyyətə etirazını bildirmək hüququ var. Azərbaycan demokratik ölkədir. Ölkə qanunları vətəndaşlara sərbəst toplaşma azadlığı verir. Lakin, bir nüansa diqqət yetirək. Həmin mitinqlərə kimlər gəlir? Hakimiyyətdən narazı olanlar, vəzifə davası edənlər. Hansı ki, səriştələri hansısa vəzifəni yerinə yetirməyə çatmır".

Bu sözləri Publika.Az-a müxalifətin son mitinqi ilə bağlı açıqlama verən millət vəkili Zahid Oruc söyləyib.

Onun sözlərinə görə, siyasi və mədəni elitanı təmsil edən heç kimi bu mitinqlərdə görmək olmaz. İştirakçılardan Eldar Namazov və Rüstəm İbrahimbəyov isə həmin elitanın bütövlükdə təmsilçisi ola bilməz:

"İndiki mitinqlər məzmunsuzluğu, mahiyyətsizliyi ilə 90–cı illər hadisələrini xatırladır. Bununla bağlı Heydər Əliyev müxalifətə üz tutaraq çox gözəl ifadə işlətmişdi: "Mitinqlərə vəzifəyə gəlmədiyi üçün məndən incik insanları yox, sizin hansısa ideyanız ətrafında birləşə biləcək insanları toplayın". Heydər Əliyev bu cümlə ilə müxalifətin əsl fikrini açıb ortaya qoymuşdu. Onlara elə gəlir ki, bu cür səs–küy salmaqla hakimiyyətə yiyələnə biləcəklər".

Z.Oruc bildirib ki, müxalifətin ətrafındakı insanlarla çox uzağa getmək olmaz:

"Əli Kərimli ilə İsa Qəmbərin arasındakı qovğanı yaxşı bilirik. Hər ikisi ortaq düşmənə qarşı birləşmək mövqeyi sərgiləyir. Bu cür hikkəli oyunlar adını "siyasi məhbus" qoyduqları həbs olunmuşların ortaya çıxmasına səbəb olur. Hakimiyyətdən incik düşənlərin hikkələrinə mitinq yox, tədbir deyərlər. Eurovision ərəfəsində aksiyaların sayını artırmağın effektiv üsul olacağına ümid edirlər. Halbuki bu Azərbaycanın böyük gələcəyinə zərbə vurmaq istəyən xaricdəki qüvvələrin dəyirmanına su tökməkdir".

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm