• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Etibar Məmmədov: “Qərblə Azərbaycan arasında çox ciddi problemlər var” – ÖZƏL

  • Nida.az
  • 15 Dekabr 2014 17:26
  • 571 Baxış
Etibar Məmmədov: “Qərblə Azərbaycan arasında çox ciddi problemlər var” – ÖZƏL

“Qərblə Azərbaycan hakimiyyəti arasında çox ciddi problemlər var. Bu, kənardan da aşkar görünür”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu problemin getdikcə daha da dərinləşməsi müşahidə olunur. E.Məmmədov deyib ki, bu cür vəziyyətlə bağlı ciddi araşdırmalara ehtiyac var: “Vəziyyətdən çıxış üçün müvafiq yolların axtarılması vacibdir. Azərbaycan dünyadan təcrid olunmuş vəziyyətdə yaşaya bilməz. Təbii ki, Qərb və digər qütblərlə əməkdaşlıqda milli maraqlar ən ön sırada olmalıdır. Azərbaycanın milli maraqlarının hansı səviyyədə təmin olunması məsələsi də müzakirə olunmalıdır”.

E.Məmmədov onu da qeyd edib ki, hazırda Azərbaycanla Rusiya arasında mövcud olan münasibətlər əvvəlki kimi yaxşı səviyyədə davam etdirilir: “Son dövrlər münasibətlərdə daha da yaxınlaşma hiss olunur. Rusiya Azərbaycanın qonşu dövləti olsa da, bizə qarşı iddiaları hər zaman var. Rusiyadan hər zaman təhlükə gözləmək olar. Ona görə də Rusiya ilə ehtiyatlı siyasət aparılmalıdır. Azərbaycanın mövqeyi elə olmalıdır ki, hər hansı tərəflə yaxınlaşmaq digər tərəflərlə problemlər yaratmasın”.

Dünyada neftin qiymətinin aşağı enməsinin Azərbaycana təsiri ilə bağlı məsələyə də toxunan AMİP lideri bildirib ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycan hökumətinin işinə təsir edəcək: “İndi neft gəlirləri əvvəlki illərlə müqayisədə az olacaq. Ona görə də daxildə azad ticarətin, iqtisadiyyatın və sairə daha da genişləndirilməsinə ehtiyac olacaq. Çünki daxili inkişaf hesabına büdcəni doldurmaq mümkün olsun”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR