Prezident Hikmət Kərimova general-mayor rütbəsi verdi
Bizi izləyin

Nida.az

Prezident Hikmət Kərimova general-mayor rütbəsi verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hikmət Kərimova general-mayor hərbi rütbəsi, Xalid Məhəmməd oğlu Nəcəfova və Səxavət Böyükbala oğlu Əsədova “Əməkdar mühəndis” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.

Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, Prezidentin müvafiq sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin müavini polkovnik Hikmət Kərim oğlu Kərimova general-mayor hərbi rütbəsi verilib.

Prezidentin digər sərəncamlarına əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Xalid Məhəmməd oğlu Nəcəfova və Səxavət Böyükbala oğlu Əsədova “Əməkdar mühəndis” fəxri adı verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm