Azərbaycan prezidenti Bəhreyn Kralını təbrik edib
Bizi izləyin

Nida.az

Azərbaycan prezidenti Bəhreyn Kralını təbrik edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bəhreyn Kralı Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.


Publika.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:


Əlahəzrət,

Bəhreyn Krallığının Milli günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.


İnanıram ki, Azərbaycan-Bəhreyn münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.


Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm