lham Əliyev Nursultan Nazarbayevi təbrik edib
Bizi izləyin

Nida.az

lham Əliyev Nursultan Nazarbayevi təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Sizi və Sizin şəxsinizdə bütün qardaş Qazaxıstan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Qazaxıstanı sıx qardaşlıq telləri, tarixən yaranmış dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bağlayır. Bu gün Sizin rəhbərliyinizlə qardaş Qazaxıstan ölkənin dünya birliyində nüfuzunun möhkəmləndirilməsi yolunda inamla irəliləyir. Bu yaxınlardakı görüşlərimizi və söhbətlərimizi yüksək qiymətləndirir və böyük səmimiyyətlə xatırlayıram.

Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişaf etməsi və möhkəmlənməsi, çoxplanlı qarşılıqlı əlaqələr və qarşılıqlı dəstək bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafeyinə xidmət edəcəkdir".

İlham Əliyev Nursultan Nazarbayevə möhkəm cansağlığı, uğurlar və firavanlıq, qardaş Qazaxıstan xalqına isə sülh və tərəqqi arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm