İtaliyadakı səfirimiz parlamentdə tənqid olundu
Bizi izləyin

Nida.az

İtaliyadakı səfirimiz parlamentdə tənqid olundu

“Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlərinin fəaliyyətinin gücləndirilməsinə ehtiyac var”.

Publika.az xəbər verir ki, bu barədə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.


Onun sözlərinə görə, bəzi ölkələrdəki səfirlərimiz fəaliyyət göstərdikləri ölkəyə səfər edən azərbaycanlı parlament nümayəndələrinə etinasız yanaşırlar: “Azərbaycan parlamentinin nümayəndələri İtaliyada möhtəşəm beynəlxalq tədbirdə iştirak etdilər. Lakin bu ölkədə fəaliyyət göstərən səfirimiz nəinki deputatları, hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlını belə müşayiət etmədi. Nümayəndə heyəti ilə salamlaşmadı, səfirliyə çay içməyə dəvət etmədi. Azərbaycan nümayəndələrinə qarşı belə laqeydlik qəbul edilməzdir”.

Spiker Oqtay Əsədov isə Azərbaycanın İtaliyadakı səfirinin təcrübəli diplomat olduğunu deyib.


“Onun İtaliya nümayəndələrinin Azərbaycana yönəldilməsi və bu ölkə ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsində böyük xidmətləri var. Buna baxmayaraq, biz bu məsələni araşdıracağıq”, - deyə spiker vurğulayıb.


Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələyə münasibət bildirərkən deyib ki, Azərbaycanın İtaliyadakı səfiri Vatikanda səfirlik funksiyasını yerinə yetirə bilməz: “Bu, qarşılıqlı razılaşma ilə təsdiq olunub. Azərbaycanın Vatikandakı səfiri Elçin Əmirbəyovdur. İtaliyadakı səfirimiz Vaqif Sadıqov sözügedən tədbirə qatılsa da, səfir kimi çıxış edə bilməzdi”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm