“Teymurləng ABŞ-dan daha demokrat idi” – Vaşinqtona sərt mesaj
Bizi izləyin

Nida.az

“Teymurləng ABŞ-dan daha demokrat idi” – Vaşinqtona sərt mesaj

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Amerikanı kəskin tənqid edib.

Publika.az-ın məlumatına görə, o, ABŞ Konqresi tərəfindən 6000 səhifədən artıq çap olunan hesabatda insanlara verilən işgəncə faktlarının dünyanın hər yerində müzakirəyə səbəb olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, demokratiya, insan hüquqları, söz və fikir azadlığı pərdəsi altında maskalanan bu ölkənin necə olduğunu biz yox, məhz ABŞ Konqresinin özü deyir: “Təsadüfi deyil ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəisi, həm də vitse-prezidenti terrorun qarşını almaq üçün işgəncələrə əl atıldığını etiraf edib. O zaman ortaya sual çıxır: ərazisinin 20 faizindən çoxunu itirən, eləcə də 1 milyondan çox qaçqını olan, ərazisində terror hadisələri baş verən ölkədə kimisə bu və ya digər şəkildə araşdırmaq üçün məsuliyyətə cəlb edəndə niyə narahat olursunuz? Okeanın o tayında baş verən hansısa hadisəni araşdırmaq üçün yol qət edirsiniz, ancaq Azərbaycan öz ərazisində hansısa terrorun qarşısını ala bilməz? Niyə bizə dərs öyrətməyə çalışan “Freedom House” təşkilatı və digər qurumların səsi çıxmır? Avropa dövlətlərində Xədicə İsmayılla bağlı bəyanat yayanlar niyə əhalimizə qarşı verilən işgəncələrlə bağlı bəyanat yaymırlar?”


S. Novruzov xatırladıb ki, tarix boyu Teymurləngi işgəncə verən kimi qələmə veriblər: “Lakin Teymurləng bunlar yanında daha demokratdır. Hər zaman sonradan məlum olur ki, işgəncə verilən insanların əksəriyyəti günahsız olub. Bəs bu kimi hallara kim cavab verəcək? Niyə həmin insanlar məsuliyyətə cəlb olunmur? Budur onların demokratiyası? Adətən, Amerikada Milad Bayramında hind quşunun soyqırımı gedir. İndi isə vəziyyət tamamilə dəyişib və qaradərililərin soyqırımına başlayıblar. Gün ərzində təxminən 80-nə yaxın insan qətlə yetirilir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm