Qənirə Paşayevadan əlillərlə bağlı təklif
Bizi izləyin

Nida.az

Qənirə Paşayevadan əlillərlə bağlı təklif

Bu gün Milli Məclisdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında qanuna dəyişikliklər müzakirə olunan zaman millət vəkili Qənirə Paşayeva bu dəyişiklikləri dəstəkləyib və vurğulayıb ki, ən çox belə hallardan biri tikinti sektorunda baş verir. Millət vəkili qeyd edib ki, bu sektor da daxil olmaqla, bəzi özəl sahələrdə işçilər əmək müqaviləsi və icbarı sığortası olmadan çalışdırılırlar.

Buna qarşı da sərt mübarizə aparmaq lazımdır, çünki istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətini itirməklə vətəndaşlar ağır vəziyyətlə üzləşirlər. Ona görə əmək müqaviləsi və icbari sığortası olmadan çalışdıranlara qarşı çox ciddi mübarizə aparılmalıdır. Bədbəxt hadisələr zamanı peşə-əmək qabiliyyətini itirənlərin icbari sığorta haqlarını almalarında bəzi hallarda rast gəlinən süründürməçilik hallarının olması və bununla bağlı bəzən vətəndaşlardan şikayətlərin və müraciətlərin gəldiyini qeyd edən millət vəkili Qənirə Paşayeva bu cür süründürməçilik hallarının son qoyulmasının vacibliyini və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətini itirmiş vətəndaşların normal şəkildə sığorta haqlarından yararlana bilmələrinin böyük önəmini vurğulayıb və bu sahədə mexanizmlərin və görülən işlərin keyfiyyətinin daha da artırılmasının vacibliyini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm